Əziz həkimlər, rezidentlər, tələbələr!

Nəzərinizə çatdıraq ki, 29.01.2021 tarixində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminarı keçirildi. Seminara  PhD Dr., Mərkəzi Kliniki Xəstəxananın Cərrahiyə bölümünün rəhbəri Zaur Xəlilov sədrlik etmişdir ve Webinara online olaraq 50-dən çox iştirakçı qatılmışdır. Seminarın mövzusu “ Qasıq yırtıqlarının cərrahi müalicəsində minimal invaziv yanaşmalar: TAPP vs TEP” olmuşdur. Seminar zamanı Professor Müslümov “Qasıq yırtıqlarının müalicəsində TAPP texnikasının üstünlükləri” barədə məruzə oxumuş, bu texnikanın yaranma tarixi, icra edilmə texnikası barəsində məlumat vermişdir. Onun ardınca isə Respublika Diqnostika Mərkəzinin Cərrahiyyə bölümünün rəhbəri Uzm. Dr. İlqar İsmayılov “Qasıq yırtıqlarının müalicəsində TEP texnikası”na həsr olunmuş mühazirə oxumuş, TEP texnikasının  TAPP-la müqayisədə üstünlüklərindən danışmış və texniki məqamları barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzələrdən sonra Prof. Qurbanxan Müslümov canlı yayımda TAPP texnikası ilə əməliyyat icra etdi. davam edən saatlarda müzakirəkər və diskussiyalar keçirildi. Seminar onlayn şəkildə bütün cərrahlar üçün açıq və ödənişsiz şərhlərlə yayımlanmışdır. Seminarı izləmək üçün linkə daxil olun, eyni zamanda yeniliklərdən xəbərdar olmaq üçün kanalımıza abunə olun: