Bu ildən yanvar ayının 24-dən Azərbaycan cərrahiyyə ixtisası üzrə rezidentlər üçün yeni lahiyəyə start verilir. Lahiyənin məqsədi rezidentlər üçün cərrahiyyənin müxtəlif sahələrini əhatə edən maraqlı mühazirələr oxumaq, onlara əl vərdişlərini qazandıran hand on workshop-lar təşkil etmək, canlı cərrahiyyə yolu ilə cərrahiyyənin müasir texnikalarını onlara tədris etmək və interaktiv müzakirələrin aparılmasıdır. Ayın 24-ü keçirilən Treninq-Mühazirə-də rezident və tələbələrə düyün vurma taktikaları və müxtəlif əl vərdişlərinə yiyələnmək barədə leksiyalar oxundu. Mühazirə tələbə və rezidentlər tərəfindən çox böyük maraqla qarşılandı.

Növbəti seminarımız 28.02.2025 tarixində keçiriləcəkdir. Qeydiyyat linki aşağıda qeyd olunub. Qeydiyyatdan keçməyə tələsin!
Lahiyə ödənişsizdir. Bütün xərclər Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie tərəfindən qarşılanır. Qetdiyyat mütləqdir!

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdASOouS0P5mPju0NLiUSIuw-3WbQEqABcAkhDfDMBSehr0bQ/viewform?usp=header