Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti (AMICC) bütün tibb işçilərini – həkimləri, tibb bacılarını, əczaçıları və səhiyyə sahəsində çalışan bütün mütəxəssisləri – 17 İyun Tibb İşçilərinin Peşə Bayramı münasibətilə təbrik edir.

Tibb işçisi olmaq gündəlik yüksək məsuliyyət, peşəkarlıq və mərhəmət tələb edən bir missiyadır. Hər gün insan həyatı və sağlamlığının qorunmasında ön sırada dayanan bu nəcib peşənin sahiblərinə dərin minnətdarlığımızı bildiririk.

AMICC olaraq, Azərbaycanda tibb elminin inkişafına, gənc mütəxəssislərin təlim və təcrübə imkanlarının artırılmasına töhfə vermək missiyamızı davam etdiririk.

Bütün həmkarlarımıza bu bayram günündə möhkəm can sağlığı, ailə xoşbəxtliyi və peşə fəaliyyətlərində daimi uğurlar arzulayırıq.