Dəyərli kolleqalar rezident və tələbələrimiz. 18-20 dekabr 2024 tarixlərində Bakıda, Excelsior oteldə 11. Bakı Beynalxalq Tibbi Treninq Günləri baş tutdu. Tədbirin təşkilatçıları Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzidir.  Tədbir zamanı minimal invaziv cərrahiyyənin aktual problemlərinə həsr olunmuş maraqlı məruzələr oxundu və tədbir öncəsi 4 əməliyyat eyni anda icra edilərək Zoom ezərindən canlı yayımlandı. Növbəti 2 gün CANLI CƏRRAHİYYƏ əməliyyatlar baş tutdu. 30-a yaxın ümumi cərrahiyyə, urologiya, ginekologiya, invaziv radiologiya, invaziv endoskopiya ixtisasları üzrə əməliyyatlar icra edildi. Zoom və youtube platforması üzrə canlı yayınlandı. Tədbirdə 200-ə yaxın yerli və xarici həkimlər iştirak etdi. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə akkreditasiya üçün müraciət edilmiş və 22 Davamlı Tibbi Təhsil balı ilə qiymətləndirilmişdir. Hərkəsin nəzərinə çatdırırıqki tədbir rezident və tələbələr üçündə əlçatan olsun deyə onların tədbirdə iştirakı ödəniş olmuşdur. Növbəti tədbirlərdə görüşənədək.