Məlum olduğu kimi Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treyninq Mərkəzi tərəfindıən Almaniyanın Biolitek Lazer şirkətinin dəstəyi ilə Prof. Qurbanxan Müslümovun rəhbərliyi altında Lazer Proktologiya Treyninq Kursu və ustad dərsləri başa çatmışdır. Tədbirin ilk günü açılış mərasimi Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində hibrid formada onlayn və əyani iştirakçılar üçün təşkil edilmişdir. Tədbirin ilk günü 3 məruzə dinlənilmişdir.1. Armands Lapins “Cərrahiyyədə Biolitec Lazer Texnologiyasının tətbiqi.2. Prof. Qurbanxan Müslümov “Proktologiyada lazer texnologiyalarının tətbiqi: Bugünkü reallıqlar və perspektivlər”3. Dr. Abbasov Ayxan “Proktologiyada lazer texnologiyasının yeri”Bu məruzələr zamanı müasir lazer cərrahiyyəsinin əsas prinsipləri, tarixi, bu günü və perspektivləri haqqında , xüsusilə Proktologiyada lazer texnologiyalarının tətbiqi haqqında geniş məlumat verilmiş və elmi diskussiyalar keçirilmişdir. Diod lazerin xüsusi ilə də Almaniyanın Biolitec Tibbi Lazer şirkətinin istehsalı olan LEONARDO lazer cihazının iş prinsipləri, canlı toxuma üzərində effektivliyi və təsir mexanizmi iştirakçılara əyani olaraq numayiş etdirilmişdir. Sonda mövzular ətrafında interaktiv müzakirələr aparılmişdır. Tədbirin açılış hissəsi gotowebinar proqramı üzərindən yüzlərlə iştirakçı üçün onlayn translyasiya edilmişdir. Tədbirin növbəti 2 günü 23-24 tarixlərində ,günün birinci yarısı xüsusi simulyatorlar üzərində heyvan orqanlarından hazırlanmış modellər üzərində iştirakçılar diod lazerin canlı toxumaya təsir mexanizmini, hemorrodial düyün modeli üzərində lazer hemorroidoplastika əməliyyatının texnikasına yiyələnmiş , lazerin toxuma ilə interaktiv münasibəti haqqında onlara əyani məlumatlar verilmişdir. Hər bir iştirakçı model üzərində lazer hemorroidoplastika əməliyyatını icra etmiş və onun texnikasına yiyələnmişdir.Tədbirin ikinci hissəsində isə ustad dərsləri təşkil edilmiş və xəstələr üzərində lazer hemoroidoplastika və anal fistula yolunun ablasiyası əməliyyatları icra edilmiş, əməliyyatın texniki məqamları. göstərişlər, əks-göstərişlər, əməliyyat zamanı baş verə biləcək fəsadlar onların profilaktikası yolları haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. Tədbirin sonunda bütün iştirakçılara Avropada tanınmış beynəlxalq statuslu sertifikatlar təqdim edilmişdir. Nəzərinizə çatdırırıq ki, bu ilin sonuna qədər daha bir oxşar treyninq kursları təşkil ediləcək . Bu barədə anonslar öncədən Almaz Akademie Tibbi Treyninq Mərkəzinin saytında yerləşdiriləcək,Treyninqlərin videoxülasəsini aşağıdakı linkdən izləyə bilərsiniz:
Son Xəbərlər
Tərəfdaş Klinikalar və Sponsorlar
biolitec_biomedical_technology_gmbh_logo
krka-1
kraton
M.A.Topcubasov
rdm-1
bsm
MK
bsm-2
armx-3
bonadea-2
armx-2