Dəyərli kolleqalar rezident və tələbələrimiz. 18-20 dekabr 2024 tarixlərində Bakıda, Excelsior oteldə 11. Bakı Beynalxalq Tibbi Treninq Günləri baş tutacaqdır. Tədbirin təşkilatçıları Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzidir. Tədbir zamanı minimal invaziv cərrahiyyənin aktual problemlərinə həsr olunmuş maraqlı məruzələr oxunacaq. Növbəti 2 gün CANLI CƏRRAHİYYƏ FESTİVALI baş tutacaqdır. 30-a yaxın ümumi cərrahiyyə, urologiya, ginekologiya, invaziv radiologiya, invaziv endoskopiya ixtisasları üzrə əməliyyatlar icra edirələcək. Zoom və youtube platforması üzrə canlı yayınlanacaqdır. Tədbirdə Azərbaycandan və xaricdən gəlmiş 200-ə yaxın həkimin iştirakı gözlənilir. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə akkretidasiyası üçün müraciət edilmiş və 20 Davamlı Tibbi Təhsil balı ilə qiymətləndirilməsi gözlənilir. Tədbir üçün qeydiyyat online aparılır və yerlərimiz məhduddur. Son qeydiyyat tarixi 16.12.2024. Tədbirin proqramı ilə aşağıdakı linkdən tanış ola bilər və qeydiyyatdan keçə bilərsiniz. Hərkəsin nəzərinə çatdırırıqki tədbir rezident və tələbələr üçündə əlçatan olsun deyə onların tədbirdə iştirakı ödənişsizdir. Tədbirdən Qeydiyyatdan keçməyə tələsin. TEZLİKLƏ GÖRÜŞƏNƏDƏK.
Tədbirin proqramı: https://drive.google.com/file/d/1QDwSzhO8MSkdjbLcJit1h1NjHDm0DmoQ/view?usp=drive_link
Qeydiyyat: https://forms.gle/bZrkgiw13Nz8eyrq8
Ödəniş cədvəli: https://drive.google.com/file/d/1jwpF-1_yyxc7SVX6INcLnlMIqI4nQZdm/view?usp=sharing
Canlı yayımlara qoşulmaq üçün: https://us06web.zoom.us/j/82358858400?pwd=7z1smv3EMNQIVewICfNmajExQLU3l7.1