19–21 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) təşkilatçılığı ilə 8-ci Azərbaycan–Alman–Türk Tibb Konqresi və 13-cü Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.
Konqres çərçivəsində Cərrahiyyə, Endo-laparoskopiya, Ginekologiya, Urologiya, Radiologiya və Otorinolaringologiya sahələrinə dair plenar iclaslar, elmi çıxışlar, panel müzakirələri, treninqlər və ustad dərsləri təşkil olunacaq.
Tədbirin proqramında müxtəlif kliniki hallar, əməliyyat zamanı yaranan çətinliklər və onların həlli yollarının təqdimatı da yer alacaq. İştirakçılara rəsmi sertifikat veriləcək.
Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat açıqdır.
Ətraflı məlumat: www.amicc.az
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeIgKFbh-GNzUtdzhEEDiiZdrGggFzu4zSeT9f011nDZ5ZK3w/viewform
Konfrans proqramı: https://drive.google.com/file/d/1LqAgfokXmrlV3YdJszDn5yXkbUmdXj_n/view
Əlaqə nömrələri: (+994 99) 310 32 05 ; (+994 55) 342 81 81











