×

14-cü Regional Konfrans (Lənkəran, Azərbaycan, 24-25 Oktyabr 2026)

https://drive.google.com/file/d/1oljCjTT7y3KEFrvD47TKGEkU6jjDCaOM/view?usp=sharing

 

KONFRANS PROQRAMI

📍 AMİCC-in 14-cü Regional Konfransı Lənkəranda uğurla baş tutdu!

📅 24 oktyabr 2026-cı il tarixində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) 14-cü Regional Konfransı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uğurla keçirildi.

🏥 Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) təşkilatçılığı ilə baş tutan konfrans “Cərrahiyyədə yeni era: minimal invaziv, robotik və süni intellekt yanaşmaları” mövzusuna həsr olundu.

👨‍⚕️👩‍⚕️ Tədbirdə Cənub regionundan və ölkənin digər bölgələrindən 150-yə yaxın həkim-mütəxəssis və tibb bacısı iştirak etdi.

🔬 Konfransın əsas mövzuları

Tədbir çərçivəsində ümumi cərrahiyyə, ginekologiya, uşaq cərrahiyyəsi, radiologiya və otorinolarinqologiya (LOR) sahələrində müasir yanaşmalar, eləcə də minimal invaziv cərrahiyyədə robotik texnologiyaların, süni intellektin və virtual reallığın tətbiqi geniş müzakirə olundu. İştirakçılara bu istiqamətlərdə Azərbaycanda əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verildi.

🎤 Rəsmi açılış

Konfransın rəsmi açılış nitqi ilə çıxış edən konfrans prezidenti, professor Qurbanxan Müslümov bu cür elmi tədbirlərin əhəmiyyətindən və minimal invaziv cərrahiyyənin müasir səhiyyədəki rolundan bəhs etdi.

Daha sonra konfransın sədrləri — Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Oktay Əmənullayev və Elnur Əkbərov çıxış edərək iştirakçıları salamladılar.

🩺 Canlı əməliyyatlar və praktiki təcrübə

Konfransın ilk günündə professor Qurbanxan Müslümovun rəhbərliyi ilə laparoskopik yırtıq və öd kisəsi əməliyyatları həyata keçirildi. Əməliyyatların gedişatı real vaxt rejimində konfrans zalına canlı yayımlandı və iştirakçılara müasir laparoskopik texnikaları birbaşa izləmək imkanı yaradıldı.

📚 Elmi məruzələr və müzakirələr

Konfrans çərçivəsində ümumi cərrahiyyə, uşaq cərrahiyyəsində minimal invaziv yanaşmalar, süni intellekt əsaslı cərrahiyyə və “LOR xəstəliklərinə minimal invaziv yanaşma” mövzularında elmi məruzələr dinlənildi, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

🎯 Ustad dərsləri və təlimlər

Gənc mütəxəssislərin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə ustad dərsləri və təlimlər təşkil olundu. Konfrans plenar iclaslar, panel müzakirələri və interaktiv elmi sessiyalarla davam etdi.

🤝 İştirakçıların fəal müzakirələri və təcrübə mübadiləsi ilə konfransın ilk günü öz işini uğurla yekunlaşdırdı.