26 Oktyabr 2024 tarixində Quba şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in “ Minimal İnvaziv Cərrahiyyədə Yeniliklər” mövzusunda konfransı keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in təşkilati dəstəyi ilə keçirilın tədbirin açılışından əvvəl Quba Rayon İcra Hakimiyyətinin Başçısının da iştirakı ilə Heydər Əliyevin heykəli önünə güllər qoyulmaqla Ulu Öndərin xatirəsi yad edildi. 200 nəfər müxtəlif ixtisaslı həkimin qatıldığı tədbiri Cəmiyyətin Prezidenti, Prof.Dr. Qurbanxan Müslümov açaraq konfransın əsas məqsədinin regiondakı kolleqalarımızla bilik və təcrübə mübadiləsi olduğunu qeyd etdi. Açılışda Millət Vəkili Azər Badamov, TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, Quba TƏB-in direktoru Əliyar Əliyev, Quba RİH başçısınin müavini Səidə Abbasova çıxış edərək tədbirin əhəmiyyətundən danışıb konfransın içinə uğurlar arzu etdilər. Konfrans zamanı prof. Qurbanxan Müslümov, PhD Dr Fərid Rəfiyev, PhD Dr. İlahə Quliyeva, Dr. Asif Cahangirov, Dr. Cavanşir Vahabov maraqlı məruzələrlə çıxış etdilər. Ardınca prof. Q. Müslümov tərəfindən Quba RMX icra edilən əməliyyat canlı olaraq zala translyasiya edilərək əməliyyat texnikası, ağırlaşmaların profilaktikası yolları interaktiv müzakirə edildi. Konfransın ikinci yarısında panel müzakirə və diskussiyalar, həkim və tibb bacıları üçün praktiki treninqlər təşkil edildi. Sonda iştirakçılara Azərbaycan Respublikası SN tərəfindən akkreditasiya edilərək 8 DTT krediti olan sertifikatlar təqdim edildi.
Tədbirin təşkilində əməyi olan və dəstək verən hər kəsə təşəkkür edirik.