
- Konfrasa Qeydiyyat – Link
- Konfransın Proqramı – PDF
- Ödəniş Cədvəli – PDF
- Konfrans Flayer – PDF
- ETŞ-in rəy forması (DTT balı) – PDF
21–22 fevral 2026-cı il tarixlərində Qusar Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) təşkilatçılığı ilə elmi-praktik konfrans keçiriləcəkdir.
Tədbir çərçivəsində plenar iclaslar, panel müzakirələr və praktiki təlimlər təşkil olunacaq, müasir cərrahiyyənin aktual mövzuları üzrə yerli və xarici mütəxəssislərin məruzələri dinləniləcəkdir.
Tədbirin sonunda kəskin pankreatitin müalicəsi üzrə AMİCC tərəfindən hazırlanmış klinik protokol təqdim ediləcək və geniş müzakirə olunacaqdır.
Konfrans Səhiyyə Nazirliyi tərəfindən rəsmi şəkildə akkreditasiya olunmuşdur və iştirakçılara 14 Davamlı Tibbi Təhsil (DTT) balı təqdim ediləcəkdir.
Tədbirdə iştirak etmək müvafiq ixtisaslar üzrə həkimlər üçün tövsiyə olunur.
Əlaqə: +994 99 310 32 05
Veb-sayt: www.amicc.az










