Azərbaycan Minimal İnvaziv Cərrahhlar Cəmiyyəti regionlarda minimal invaziv cərrahiyyənin inkişafı üzrə regional konfranslarını davam etdirir. Növbəti regional konfransımız 15 mart 2025-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 7 kredit balı ilə dəyərlənmiş konfransda  Şirvan və ətraf rayonlardan 150 iştirakçı iştirak etdi. Konfransda həmçinin TƏBİB-in icraçı direktorunun müavini Aras Nəsirov və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov iştirak edirdi. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov və vitse-prezident İslam Mahalovun giriş sözləri ilə açıldı.

Açılışın ardınca dərhal minimal invaziv cərrahiyyədə daha çox ağırlaşmalar və ondan qorunma yollarına həsr olunmuş çox maraqlı müzakirələr oxunuldu. Professor Qurbaxan Müslümov laparoskopik cərrahiyyədə səhvlər və onlardan qorunma yolları, həmçinin professor İslam Mahalovun əməliyyatdaxili ağırlaşmalar, onların yaranma mexanizmləri haqqında, cərrah-uroloq Vasif İsmayılın giriş  texnikaları zamanı baş verən ağırlaşmalar və onların aradan qaldırılması üsulları haqqında danışdı və  qulaq-burun-boğaz cərrahi Elnur Əkbərov öz məruzəsində qulaq-burun-boğaz cərrahiyyəsində baş verən ağırlaşmalar və onların aradan qaldırılmasından danışdı.

Müzakirələrin ardınca 1 saata yaxın davam edən interaktiv müzakirələr aparıldı. Biz çox maraqlı müzakirələr apardıq, sual-cavab sessiyası oldu. Müzakirələrdə regionda çalışan həkimləri maraqlandıran problemlər önə çəkildi və Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsi aparıldı. İclasın dərhal ardınca dərhal sonra isə iki maraqlı canlı cərrahi əməliyyat keçirildi. Xəstəxanaya dərhal daxil olunmuş kəskin daşlı xolisestetə görə laparoskopik xolisestoktomiya edildi və canlı olaraq zala transliyasiya edildi və professor İslam Mahalov tərəfindən yumurtalıq kistasına görə laparoskopik kistektomiya əməliyyatı keçirildi və zala transliyasiya olundu.  Həmçinin ilk dəfə olaraq regionda ətraf rayonlardan gəlmiş tibb bacıları üçün ayrı bir iclas keçirildi və iclas Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin tibb bacıları dərnəyinin rəhbəri Əzizə Əliyeva tərəfindən idarə olundu.

Sonda, ümumiyyətlə, regionda minimal invaziv cərrahiyyənin inkişafı, bu sahədəki problemlər, kadr hazırlığı, qarşılıqlı dəstək, komanda işinin prinsipləri və digər əsas məsələlər yerli həkimlər tərəfindən müzakirə olundu. Seminarın sonunda bu cür tədbirlərin əhəmiyyəti bir daha vurğulandı.

Tədbirin keçirilməsində verdiyi dəstəyə görə TƏBİB komandası və seminarda sona qədər iştirak etmiş TƏBİB içraçı direktorunun müavini Araz Nəsirova, Şirvan Çəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyova, cərrahi xidmətin sədri Nəsib Sərhatova və Bakıdan gəlmiş bütün fakultə üzvlərinə təşəkkür edirik.

Konfransa icra edilən əməliyyatları izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Kəskin xolisistit, laparoskopik xolesistektomiya/ Prof. Qurbanxan Müslümov: https://www.youtube.com/live/RTQ4BvD30hs?si=JKiqTW63kwg7Uokk

Laparoskopik kistektomiya/Prof. İslam Mahalov: https://www.youtube.com/live/sI08VredtVU?si=UwAGqqZ_7Yaya9_k