Dəyərli Kolleqalar,
Azərbaycan Minimal Invaziv Cərrahlar Cəmiyyəti (AMiCC) tərəfindən təşkil olunan konqres bu gün işinə uğurla başlamışdır. Canlı cərrahiyyə kursu konqres çərçivəsində Olimp Hospitalın akt zalında keçirilir və oradan canlı əməliyyatlar yayımlanır.
Konqres iştirakçıları üçün həm yerində izləmə, həm də onlayn izləmə imkanı yaradılmışdır. Bu, peşəkar bilik və təcrübə mübadiləsinin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.
Tədbirin yüksək səviyyədə təşkil olunduğunu və tibbi yeniliklərin uğurla nümayiş etdirildiyini bildiririk.










