
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 2.Konqresi
13. Avrasiya Beynəlxalq Tibb Konqresi
7–10 may 2026-cı il tarixlərində Bakı və Xankəndi şəhərlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) II Konqresi və 2010-cu ildən etibarən keçirilən 13. Beynəlxalq Avrasiya Tibbi Konqresi keçiriləcəkdir. Konqres əsas etibarilə minimal invaziv cərrahiyyə, laparoskopiya, robotik texnologiyalar, ginekologiya, plastik və rekonstruktiv cərrahiyyə, invaziv radiologiya, otorinolarinqologiya, tibb tarixi və digər mühüm tibb sahələrini əhatə edir. Konqres çərçivəsində bir sıra mühüm beynəlxalq tədbirlərin də paralel şəkildə təşkili də planlaşdırılır. Belə ki, dünyanın aparıcı tibbi qurumlarından biri olan Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti ( ELSA ) və AMİCC birgə konfransı, Böyük Britaniyanın Oksford Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Bariatrik Klubun I Bakı sammiti, 14. Bakı Beynəlxalq Tibbi Treninq Günləri, Cərrahiyyə Tibb Bacılarının 3. Konqresi də bu tarixlərdə keçiriləcəkdir.
09 may 2026-cı ildə saat 09.00 da Holidaz İnn Hotelində keçiriləcək konqresin rəsmi açılış mərasimində prof Dr. Fuad Sezgin İslam Elm Tarixi Araşdırmaları vəqfinin mütəvəlli heyyəti üzvü, Nəcməddin Bilal Ərdoğan, ELSA prezidenti, prof Assim Shabbir, Sinqapur universitetinin direktoru prof Davide Lomanto, Türkiyənin Üsküdar universitetinin rektoru Nevzat Tarhan, millət vəkilləri, dövlət qurumlarının nümayəndələrinin iştirakı planlaşdırılır. Konqresdə iştirak üçün 300 yerli, 120 nəfər isə xarici iştirakçı qeydiyyatdan keçmişdir.
Konqresə Türkiyə, Almaniya, Yaponiya, Malayziya, İndoneziya, Sinqapur, Koreya, Hindistan, Pakistan kimi 15-dən çox ölkədən 80-ə yaxın beynəlxalq dəvətli ekspertin 100-dən çox xarici iştirakçı qatılacaqdır. Bu təlimlər çərrahiyyə, laparoskopik əməliyyatlar, cərrahi tikiş texnikaları və müasir innovativ texnologiyaların tətbiqi istiqamətlərini əhatə edəcəkdir. Konqresin gedişində 20-dən çox plenar iclasda maraqlı məruzələr, interaktiv müzakirəlkər və panel diskussiyalarla yanaşı yerli və xarici ekspertlərin mentorluğu ilə 20 ixtisas üzrə beynəlxalq səviyyəli workshop və praktiki təlimlərinç canlı cərrahiyyə kürsunun və ustad dərslərinin təşkili də planlaşdırılır.
Artıq 2-ci ildir ki, bu konqres çərçivəsində tibb tarixi sessiyası keçirilir. Bu il də Türkiyənin Üsküdar Universitetinin dəstəyi ilə düzənlənən tibb tarixi toplantısı türk dövlətləri və bütün bu coğrafiya üçün ortaq olan milli, elmi və mədəni tariximizin araşdırılması və populyarlaşdırılması baxımından mühüm əməmiyyət kəsb edir.
Tədbirin diqqətçəkən istiqamətlərindən biri də Azərbaycan–Almaniya tibbi günlərinin keçirilməsidir. Almaniyada fəaliyyət göstərən 20-yə yaxın azərbaycanlı həkim və alim konqresə qatılaraq yerli mütəxəssislərlə birgə müzakirələr aparacaq, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçiriləcəkdir. Eyni zamanda “azərbaycanlılar azərbaycanlılara öyrədir” formatında panel diskussiyalar və praktiki təlimlərin təşkili planlaşdırılır.
Konqres artıq Avropanın davamlı tibbi təhsil üzrə akkreditasiya qurumları tərəfindən 34 kredit balı iləqiymətləndirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də müvafiq akkreditasiya edilərək 28 DTT balı ilə qiymətləndirilmişdir.
Konqresin yekun mərhələsi Qarabağ Universitetində keçiriləcək bağlanış tədbiri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunacaqdır. Bağlanış tədbirində təxminən 10-a yaxın universitet rektorunun iştirakı ilə yüksək səviyyəli toplantı keçiriləcək burada memorandumların imzalanması, gələcək əməkdaşlıqların qurulması, regionda davamlı tibb təhsili və ixtisaslaşma imkanları üzrə layihələrin və perspektivlərin müzakirəsi nəzərdə tutulur.
Bu beynəlxalq konqres yalnız elmi tədbir deyil, eyni zamanda regionda tibbi bilik mübadiləsi, yeni əməkdaşlıqların qurulması və səhiyyə sisteminin inkişafına töhfə verən mühüm platforma kimi çıxış edəcəkdir.
CANLI CƏRRAHİYYƏ Buradan izlə – https://us06web.zoom.us/j/89204103047?pwd=wrvTcO8UDLS9HMxcRA1Ojw43PNadOP.1#success
Konqresin proqramı
https://drive.google.com/file/d/1RCMfhLXgtb9DJiT38GyomVZxjzywlcW3/view?usp=sharing
Konqres üçün qeydiyyat: https://forms.gle/xdkSvPpzUp6JpX3N7
Treninqlər üçün qeydiyyat: https://docs.google.com/forms/d/1zHaApdHhfwvUzY7e3QG-
9WdVBbQtXsc2ImtvP6CdcHY/preview
Ümumi məlumat və qeydiyyat üçün www.amicc.az saytına daxil olun.
Əlaqə
+994 55 342 81 81
+994 99 310 32 05
+994 55 343 82 43
#AMICC #MedicalCongress #Baku2026 #Tibb #BeynəlxalqKonqres











