23 Noyabr 2024 tarixində Lənkəran şəhərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in “ Minimal İnvaziv Cərrahiyyədə Son Nailiyyətlər” mövzusunda konfransı keçirilmişdirr. Konfransa Lənkəran şəhəri və yaxın regionlardan Şirvan, Hacıqabul, Saatlı, Biləsuvar, Cəlilabad, Salyan, Masallı, Yardımlı, Lerik və Astaradan 200-ə yaxın iştirakçı cərrah, uroloq, ginekoloq və s. iştirak etmişdir. Konfransda laparoskopik cərrahiyyənin, urologiyanın, ginekologiyanın, invazov radiologiyanın, bariatrik cərrahiyyənin ən aktual mövzularından çıxışlar oldu və canlı cərrahiyyə ilə iştirakçıların əyləşdikləri zala transliyasiya edilmişdir. Canlı cərrahiyyədə Prof. Qurbanxan Müslümov və Prof. İslam Mahalov tərəfindən regionda icra edilməyən əməliyyatlar icra edilmiş və bu əməliyyatların texnikası iştirakçılara izah edilmişdir. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin tibb bacıları dərnəyi tərəfindən regionda çalışan tibb bacıları üçün treninqlər təşkil edilmişdir. Bu treninqlərdə xüsusi simulatorlardan istifadə edildi. . Sonda iştirakçılara Azərbaycan Respublikası SN tərəfindən akkreditasiya edilərək 8 DTT bal ilə dəyərləndirilməsi gözlənilir.