Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti yarandığı gündən yaradıcı potensiala malik kreativ ideyalı gənc mütəxəssislərlə işləməyə üstünlük vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmışdir.
2010-cu ildən Azərbaycan Cərrahlar klubu kimi fəaliyyətinə başlamış, Azərbaycan Cərrahlar klubu kimi hər ayın son cümə günü olmaqla 20-dən artıq toplantı keçirilmişdir.
2013-cü ildən təsis olunması haqda qərar qəbul olunmuşdur. İlk öncə Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyəti kimi təsis olunması qərarı verilmişdir. 2019-cu ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti adı ilə rəsmi qeydiyyata alınmışdır.