Üzvlük sizə nə verir


AMİCC-ə üzv olmaq nə üstünlük verir?

 

Əziz kolleqalar!

 

Cəmiyyətimizə üzvlüyünüz həm sizin özünüz həm də bizim üçün çox vacibdir. AMİCC-yə qoşulun, faydalanın və eyni zamanda məqsəd və hədəflərimizə çatmaqda bizə köməkçi olun.  Gücümüz və təsirimiz üzvlərimizin sayından asılıdır.  AMİCC-yə qoşularaq davamlı peşəkar inkişafınızı və beləliklə xəstələrinizə cərrahi yardımın keyfiyyətini artıracaqsınız.

 

 Üzvlüyün üstünlükləri:
   • AMICC mərkəzi ofisi tərəfindən rəsmi olaraq verilən üzvlük sertifikatı. Bu sertifikat sayəsində AMİCC - in aylıq seminarlarında ödənişsiz iştirak etmək hüququ əldə edəcəksiniz. Həmçinin hər il Azərbaycanda AMİCC-in təşkil etdiyi beynəlxalq konqreslərdə və tibbi treninqlərdə endirimli qeydiyyat haqqı əldə edəcəksiniz. Bu AMİCC-in işçi qrupları tərəfindən təşkil edilmiş xüsusi proqramlar, akkreditə tədris fəaliyyətləri və davamlı tibbi təhsil proqramları vasitəsilə endoskopik cərrahiyyə təlimatlarını qiymətləndirmək üçün ən yaxşı fürsətdir.
    • Beynəlxalq cərrahi jurnallar səviyyəsində olan AMİCC-in rəsmi elmi jurnalına pulsuz  abunəlik.

 

Avropa Endeskopik Cərrahlar Cəmiyyəti tədbirlərində endirimli qiymətlə iştirak hüququ, bir sıra beynəlxalq jurnallara və kitabxanalara pulsuz abunəlik.

 

AMİCC video kitabxanasina, virtual video akademiyaya pulsuz abunəlik
        •Azərbaycanın əsas minimal invaziv mərkəzlərində üç aylıq təlim proqramından ibarət AMICC təqaüd proqramında iştirak etmək üçün müraciət.
   • Müxtəlif AMICC komitələrinə üzv olmaq üçün müraciət edərək elmi fəaliyyətlərdə iştirak etmək imkanı.

 

 

 

 

 


 

 

 

 

 

Why join AMİCC?

 

Join the AMİCC and help us to achieve our aims and objectives. Your membership is crucial. By joining the AMİCC you will enhance your continued professional development and thus the quality of surgical care to your patients.