Ümumi Məlumat

PROGRAM

8-11. 05. 2025-ci il tarixlərində Bakı və Şamaxı şəhərlərində Azərbaycan Minimal invaziv Cərrahlar Cəmiyyəti, Azərbaycan-Almaniya Tibbi-Əməkdaşlıq Cəmiyyəti və Almaz Akademi Tibbi-Treninq Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir baş tutmuşdur.
Tədbirdə Azərbaycandan 400-ə yaxın, xarici ölkələrdən isə 50 nəfər iştirakçı iştirak etmişdir. Tədbirin gedişində minimal laparoskopik və endoskopik cərahiyyənin, ginekologiyanın, urologiyanın, diagnostik və invaziv radiologiyanın, müalicəvi endoskopiyanın, tibb bacılığı işinin aktual mövzularına həsr olunmuş, 50-dən çox mühazirə dinlənilmiş, ona yaxın təbabətimizin aktual problemlərinə həsr olunmuş panel müzakirələr təşkil edilmişdir. Eləcə də tədbirin gedişində 20-ə yaxın xəstə üzərində ən mürəkkəb cərahi əməliyyatlar icra edilərək, canlı yayımla iştirakçılar üçün transliyasiya edilmiş və ekspertlərlə bərabər müzakirə edilmişdir.
Bakıda Badamdar Hotel-də keçirilən tədbirin ilk gününün açılış mərasimində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təsisçisi və Prezidenti Prof. Müslümov Qurbanxan və Kongresin Prezidenti PhD Dr. Zaur Xəlilov tədbiri açıq elan edərək, Kongresin qayəsi, keçirilmə formatı və Kongres barədə iştirakçılara ətratlı məlumat vermişlər. Tədbirin açılışında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, İcbari Tibbi Sığorta agentliyinin və Bakıda və regiyonda yerləşən qabaqcıl klinikaların nümayəndələri iştirak etmiş və tədbir iştirakçılarını salamlamışlar. 8-9 mayda Bakıda keçirilən Kongresin Bakı hissəsində maraqlı məruzələr, müzakirələr və canlı cərrahiyyə ilə yanaşı, eləcə də 100-ə yaxın iştirakçısı üçün treninqlər təşkil edilmiş, canlı heyvan orqanları üzərində Azərbaycandan və xaricdən gəlmiş ekspert mütəxəssislərin moderatorluğu ilə tibbin bir sıra sahələrində 15-ə yaxın treninq kursları təşkil edilmişdir. Tədbirin gedişində 10-11 may hissəsi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutmuşdur. 10 mayda tədbirin açılış günü Şamaxı Rayon İcra Hakimiyyəti başçısı , Kongresin və Almaz Akademinin fakültə üzvləri, tanınmış həkimlər və klinika rəhbərlərinin, TƏBİBin rəsmilərinin iştirakı ilə Ulu öndərin məzar abidəsi ziyarət edilmiş və abidəsi önünə əkilir və gül dəstələri qoyulmuşdur. Ondan sonra tədbirin Şamaxı hissəsinin açılış mərasimində Şamaxı Rayon İcra başçısı Tahir Məmmədov, Şamaxı Rayon Mərkəzi xəstəxanasının direktoru İmran Qurbanov, cəmiyyətin təsisçisi və prezidenti Prof. Qurbanxan Müslümov, Kongresin prezidenti PhD Dr. Zaur Xəlilov və digərləri iştirak edərək tədbir iştirakçılarını salamlamış və tədbirin işinə uğurlar arzulamışlar. Ardınca isə tibbi ağırlaşmalara və laparoskopik və endoskopik cərrahiyyədə ağırlaşmalara həsr olunmuş panel müzakirələri və video sessiyalar təşkil edilmişdir. Şamaxıdan və region xəstəxanalarından gəlmiş İki yüzə yaxın həkim üçün maraqlı diskussiyalar təşkil edilmiş, eləcə də iştirakçıların bir qismi üçün treninqlər təşkil edilmişdir.
Tədbirin işində qardaş Özbəkistan Respublikasından 40-a yaxın iştirakçı iştirak etmiş və öz azərbaycanlı həmkarları ilə bərabər müzakirələrdə, treninqlərdə və canlı cərrahiyyədə aktiv iştirak etmişlər. Tədbirin Şamaxı hissəsində Türkiyədən, Özbəkistandan və Azərbaycandan olan bir neçə universitet və öyrədici klinika rəhbərlərinin iştirakı ilə Azərbaycan, Özbəkistan və Türkiyədəki öyrədici müəssisələr arasında əməkdaşlıq, Avropa ölkələrinin bu işə cəlb edilməsi məsələləri müzakirə edilmiş və bu barədə sonda bir razılaşma memorandumu imzalandı