29–30 noyabr 2025-ci il tarixlərində Göyçay şəhərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) 10-cu Regional Konfransı təşkil olunacaq. Tədbir ölkənin müxtəlif bölgələrindən olan mütəxəssisləri bir araya gətirəcək.
Konfrans çərçivəsində Cərrahiyyə, Endo-laparoskopiya, Ginekologiya, Urologiya, Radiologiya və Otorinolaringologiya sahələri üzrə plenar iclaslar, eləcə də müxtəlif mövzularda mühazirələr, çıxışlar, diskussiyalar, treninqlər və ustad dərsləri keçiriləcək.
Konfrans iştirakçılarını maraqlı mühazirələr və panel diskussiyalar, treninq və ustad dərsləri, cərrahiyyə, endo-laparoskopiya, ginekologiya, urologiya, pediatriya və otorinolaringologiya üzrə çıxışlar, eləcə də müxtəlif klinik hallar və əməliyyat zamanı yaranan çətinliklərin həlli yolları ilə bağlı mövzular gözləyir. Sonda konfrans iştirakçılarına rəsmi sertifikat təqdim ediləcək.
Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat açıqdır.
Tədbirin detalları
Tarix: 29–30 noyabr 2025
Məkan: Göyçay şəhəri, Azərbaycan
Ətraflı məlumat: www.amicc.az
Qeydiyyat linki: https://forms.gle/zRBq1tD1NCNLiRYd6
Konfrans proqramı: https://drive.google.com/file/d/1l0SMUqUeT6QWc5y9sRXgbrrFrBUTwPTa/view?usp=drive_link











