23 Noyabr 2024 tarixində Lənkəran şəhərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in “ Minimal İnvaziv Cərrahiyyədə Son Nailiyyətlər” mövzusunda konfransı keçiriləcəkdir. Konfransa Lənkəran şəhəri və yaxın regionlardan Şirvan, Hacıqabul, Saatlı, Biləsuvar, Cəlilabad, Salyan, Masallı, Yardımlı, Lerik və Astaradan 200-ə yaxın iştirakçı cərrah, uroloq, ginekoloq və s. iştirak edəcəkdir. Konfransda laparoskopik cərrahiyyənin, urologiyanın, ginekologiyanın, invazov radiologiyanın, bariatrik cərrahiyyənin ən aktual mövzularından çıxışlar olacaq və canlı cərrahiyyə ilə iştirakçıların əyləşdikləri zala transliyasiya ediləcəkdir. Canlı cərrahiyyədə Prof. Qurbanxan Müslümov və Prof. İslam Mahalov tərəfindən regionda icra edilməyən əməliyyatlar icra ediləcək və bu əməliyyatların texnikası iştirakçılara izah ediləcəkdir. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin tibb bacıları dərnəyi tərəfindən regionda çalışan tibb bacıları üçün treninqlər təşkil ediləcəkdir. Bu treninqlərdə xüsusi simulatorlardan istifadə ediləcəkdir. . Sonda iştirakçılara Azərbaycan Respublikası SN tərəfindən akkreditasiya edilərək 8 DTT bal ilə dəyərləndirilməsi gözlənilir.
Konfransda iştirak ödənişsizdir. Konfransda iştirak üçün qeydiyyatda keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz
Hörmətlə: Təşkilat komitəsi
Qeydiyyat: https://docs.google.com/forms/d/1EbTUb-lyD3g4PkKjNUJYXhXdtyEad7sFgAoVf8k-dVY/edit?usp=drive_web