Fevral ayının 27-si ikinci aylıq seminarımız baş tutacaq.

Əziz həkimlər, rezidentlər və tələbələr fevral ayının 27-də Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti aylıq seminarı keçiriləcəkdir. Seminar Qastroezofageal reflyüks xəstəliyi, onun ağırlaşmaları və onun müasir müalicə prinsiplərinə həsr olunacaq. Seminarın gedişində qastroentroloqlar, radioloqlar, cərrahlar və endiskopistlər iştirak edərək hərə öz sahəsində bu xəstəlik zamanı olan yeni yanaşmalar haqqında danışacaqlar. Nəzərinizə çatdıraq ki, seminarın gedişində həm də canlı əməliyyat reflyüks xəstəliyi fonunda ağırlaşmış və xərçəngə görə icra olunacaq Laparoskopik Qastrektamiya transilatsiya olunacaq. Eyni zamanda tədbir Webinar formasında əyani qatıla bilməyən insanlar üçün də GoToWebinar platforması üzərindən transilatsiya ediləcəkdir. Odur ki, cəmiyyət üzvlərini eləcə də digər həkim, tələbə və rezidentlərimizi seminarda iştirak etməyə dəvət edirik. ...
Azərbaycan Cərrahlar Cəmiyyətinin növbəti aylıq seminarı baş tutdu

Azərbaycan Cərrahlar Cəmiyyətinin növbəti aylıq seminarı baş tutdu

Əziz həkimlər, rezidentlər, tələbələr! Nəzərinizə çatdıraq ki, 29.01.2021 tarixində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminarı keçirildi. Seminara  PhD Dr., Mərkəzi Kliniki Xəstəxananın Cərrahiyə bölümünün rəhbəri Zaur Xəlilov sədrlik etmişdir ve Webinara online olaraq 50-dən çox iştirakçı qatılmışdır. Seminarın mövzusu “ Qasıq yırtıqlarının cərrahi müalicəsində minimal invaziv yanaşmalar: TAPP vs TEP” olmuşdur. Seminar zamanı Professor Müslümov “Qasıq yırtıqlarının müalicəsində TAPP texnikasının üstünlükləri” barədə məruzə oxumuş, bu texnikanın yaranma tarixi, icra edilmə texnikası barəsində məlumat vermişdir. Onun ardınca isə Respublika Diqnostika Mərkəzinin Cərrahiyyə bölümünün rəhbəri Uzm. Dr. İlqar İsmayılov “Qasıq yırtıqlarının müalicəsində TEP texnikası”na həsr olunmuş mühazirə oxumuş, TEP texnikasının  TAPP-la müqayisədə üstünlüklərindən danışmış və texniki məqamları barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzələrdən sonra Prof. Qurbanxan Müslümov canlı yayımda TAPP texnikası ilə əməliyyat icra etdi. davam edən saatlarda müzakirəkər və diskussiyalar keçirildi. Seminar onlayn şəkildə bütün cərrahlar üçün açıq və ödənişsiz şərhlərlə yayımlanmışdır. Seminarı izləmək üçün linkə daxil olun, eyni zamanda yeniliklərdən xəbərdar olmaq üçün kanalımıza abunə...