by ssadmin | Mar 15, 2021 | Xəbərlər
14 May 2021-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində “Actual issues of emergency medicine: The role and Place of the Minimally İnvasive Technologies in the Emergency Medicine” tədbiri baş tutacaq. Azərbaycandan bizim rəhbərliyimiz ilə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Azərbaycan-Alman Tibb Cəmiyyətinin nümayəndə heyyəti də bu tədbirdə iştirak edəcək. Maraqlananlar tezislərini əlaqə adressimizə (invazivm@gmail.com) göndərə bilərlər. Son tarix 1...
by ssadmin | Mar 1, 2021 | Xəbərlər
Əziz həkimlər, rezidentlər, tələbələr! Nəzərinizə çatdıraq ki, 27.02.2021 tarixində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminar/vebinarı keçirildi. Seminar Excelsior hoteldə baş tutdu və eyni zamanda GoToWebinar platforması üzərindən canlı yayımlandı. Seminarın mövzusu “Qastroezofageal reflyüks xəstəliyi – Baret qida borusu – Adenokarsinoma qastroentroloqlar, endoskopist və cərrahən gözü ilə” olmuşdur. Seminarın moderatorları Prof. Kənan Yusifzadə, Prof. Əlihüseyn Hidayətov və Prof. Nuru Bayramov idi. Prof. Kənan Yusifzadə və online olaraq qatılan Prof. Nuru Bayramov seminar canlı iştirakçıları vı eyni zamanda online iştirakçıları ilə diskussiya aparmışlar. Seminar zamanı Professor Müslümov ilk öncə pandemiya şəraitində əməliyyat, xəstənin korona virus daşıyıcısı olduğu zaman hansı yolu izləməli olduqları ilə bağlı danışmış ardından “Qastroezofageal reflyüks xəstəliyi” barədə məruzə oxumuşdur. O, bu texnikanın yaranma tarixi, icra edilmə texnikası barəsində məlumat vermişdir. Onun ardınca isə Baku Medical Plazanın Qastroenteroloq-Hepatoloqu Arzu Yusifova “Qastroezofageal reflyüks xəstəliyi müasir qastroentrologiyanın aktual problemi kimi” adlı mühazirəsini oxumuş, seminar iştirakçıları ilə bu barədə ətraflı diskussiya aparmışdır. Ardından Yeni Klinikanın Qastroentroloqu Fərid Quliyev öz mühazirəsini oxumuşdur. “Barret qida borusunun diaqnostikası və endoskopik Müalicə prinsipləri” adlı mühazirəsindən sonra seminar iştirakçılarının və online olaraq qatılanlanların suallarını cavablamışdır. ardından yarım saatlıq cafe break zamanı iştirakçılar oxunan mühazirələri müzakirə etmişdirlər. Davam edən saatlarda Silahlı Qüvəllərin Baş Klinik Hospitalının doktoru Elgün Səməd “Kardianın şişləri zamanı müasir yanaşmalar mühazirəsin oxumuş, auditoriya tərəfindən verilən sualları cavablamışdır. Elgün Səmədin çıxışənda həmın sonra isə Prof. Qurbanxan Müslümov canlı yayımda Laparoskopik Total Qastrektamiya əməliyyatı icra etmişdir. Əməliyyat müddətində auditoriyanın və online olaraq qatılan iştirakçıların suallarını cavablamışdır. Seminar online şəkildə bütün cərrahlar üçün açıq və ödənişsiz şərhlərlə yayımlanmışdır. Seminara online olaraq 200-ə yaxın iştirakçı qatılmışdı. Seminarı izləmək üçün linkə daxil olun, eyni zamanda yeniliklərdən xəbərdar olmaq üçün kanalımıza abunə...
by ssadmin | Feb 23, 2021 | Xəbərlər
Bu gün saat 15:00da Prof. Müslümov tərəfindən Laparoskopik cərrahiyyə üzrə növbəti ustad dərsi keçirəcək. Canlı yayımda Pankreas başının törəməsinə görə Laparoskopik Vipl əməliyyatı translyatsiya ediləcəkdir. Əməliyyat zamanı iri damarların laparoskopik disseksiyası, Hepato-Pankreato-Billier zonanın laparoskopik cərrahi anatomiyası, aşağı boş vena, aorta, portal vena, yuxarı mezenterik venaın disseksiyası, disseksiya zamanı elektro cərrahiyyənin istifadə prinsipləri, qanamanın dayandırılması və profiloktikası və s. mövzularda iştirakçılara ətraflı məlumat veriləcək, həmçinin canlı diskussiya aparılacaqdır. Əməliyyatı izləmək üçün Prof. Müslümovun YouTube kanalına (aşağıdakı linkdə) abunə olaraq izləyə...
by ssadmin | Feb 19, 2021 | Xəbərlər
Əziz həkimlər, rezidentlər və tələbələr fevral ayının 27-də Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti aylıq seminarı keçiriləcəkdir. Seminar Qastroezofageal reflyüks xəstəliyi, onun ağırlaşmaları və onun müasir müalicə prinsiplərinə həsr olunacaq. Seminarın gedişində qastroentroloqlar, radioloqlar, cərrahlar və endiskopistlər iştirak edərək hərə öz sahəsində bu xəstəlik zamanı olan yeni yanaşmalar haqqında danışacaqlar. Nəzərinizə çatdıraq ki, seminarın gedişində həm də canlı əməliyyat reflyüks xəstəliyi fonunda ağırlaşmış və xərçəngə görə icra olunacaq Laparoskopik Qastrektamiya transilatsiya olunacaq. Eyni zamanda tədbir Webinar formasında əyani qatıla bilməyən insanlar üçün də GoToWebinar platforması üzərindən transilatsiya ediləcəkdir. Odur ki, cəmiyyət üzvlərini eləcə də digər həkim, tələbə və rezidentlərimizi seminarda iştirak etməyə dəvət edirik. ...