Lazer Proktologiya Kursu baş tutdu!

22-24 Oktyabr 2021 il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC və Almazakademie Tibbi Treyninq Mərkəzi Almaniyanın Biolitek Tibbi Lazer Kompaniyasının təşkilatı dəstəyi ilə Proktologiyada Lazer Texnologiyalarının tətbiqinə həsr edilmiş treyninq və ustad dərsləri təşkil etmişdir. Kurs 3 gün davam edəcək. Kursun ilk günü iştirakçılar 3 məruzə dinlədilər:1. Armands Lapins “Cərrahiyyədə Biolitec Lazer Texnologiyasının tətbiqi.2. Prof. Qurbanxan Müslümov “Proktologiyada lazer texnologiyalarının tətbiqi: Bugünkü reallıqlar və perspektivlər” 3. Dr. Abbasov Ayxan “Proktologiyada lazer texnologiyasının yeri”Kursun 2 -ci və 3- cü günlərində iştirakçılar xüsusi simulyatorlar və heyvan orqanları üzərində lazerlə hemorroidektomiya, anal fistulun lazerlə ablasiya əməliyyatlarının texnikasını öyrənmiş və eyni adlı əməliyyatlarda əyani iştirak etmişlər. Treyninqi izləmək üçün aşağıdakı linkə daxil...

LAZER PROKTOLOGİYA TREYNİNQ KURSU

Əziz həkimlər, rezidentlər və tələbələr 22-24 oktyabr tarixlərində keçiriləcək Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin “Lazer Proktologiya treyninq kurs” proqramı ilə aşağıdakı şəkillər vasitəsi ilə tanış ola...

Düz bağırsağın ön rezeksiyası əməliyyatı

Prof. Qurbanxan Müslümov 23 iyul tarixində Youtube kanalı üzərindən yenidən canlı yayımda əməliyyat həyata keçirdi. Canlı yayımlanan Düz bağırsağın ön rezeksiyası əməliyyatı uğurla başa çatdı. Əməliyyatı izləmək üçün aşağıdakı linkə daxil olun. Yeni əməliyyatlardan xəbərdar olmaq üçün Youtube kanalına abunə ola...

Prof. Qurbanxan Müslümovun icra etdiyi “Düz bağırsağın anal kanala sirayət edən şişinə görə laparoskopik + transanal üsulla rezeksiyası

Prof. Qurbanxan Müslümov 21 iyun tarixində Düz bağırsağın çox aşağı ön rezeksiyası Koloanal anastomoz əməliyyatını canlı yayımda icra etmişdir. Əməliyyat uğurla başa çatmışdır. Əməliyyatın tam videosu Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Youtube kanalında da yayımlanmışdır. İzləmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər. Eyni zamanda canlı yayımlanan yeni əməliyyat videolarından xəbərdar olmaq, izləmək və diskussiyalara qatılmaq üçün Professorun Youtube kanalına abunə ola bilərsiniz. Prof. Qurbanxan Müslümovun YouTube kanalı:...

Seminara son 1 saat

Əziz həkimlər, rezidentlər və tibb tələbələri! Dünən xəbər olaraq paylaşdığımız Almaniya Universitet Klinikası ilə birgə keçiriləcək seminara son 1 saat qalıb. Qatılmaq istəyənlər aşağıdakı e-mail adressinə ad, soyad və iş yerini yazaraq dəvət linki əldə edə bilərlər. Dəvət linki üçün...

Almaniyanın Universitet Klinikası ilə seminar

Əziz həkimlər, rezidentlər və tibb tələbələri!  Nəzərinizə çatdırırıq ki, 30 iyun 2021-ci il tarixində Almaniyanın Manhaym Universitet Klinikası ilə Azərbaycan Tibb Universiteti arasındakı əməkdaşlıq çərçivəsində onlayn seminar keçiriləcəkdir. Seminar Kolorektal cərrahiyyədə bəzi cərrahi texnikalar və perioperativ dövrün aparılma prinsiplərinə  həsr ediləcəkdir. Seminar zamanı Almaniyanın aparıcı Universitet klinikalarından birinin direktoru prof. K.Raysfelder və əməkdaşları tərəfindən Sol tərəfli hemikolektomiyanın texniki məqamları barədə video mühazirə və kolorektral cərrahiyyədə yeni yanaşmalar barədə maraqlı müzakirələr olacaq. Seminar Baki vaxtı ilə saat 14.00 da başlayacaqdır. Seminarda iştirak etmək üçün aşağıda göstərilən e-mail adresinə öz e-mail adressinizdən ad, soyad və iş yerinizi yazıb göndərməklə seminara qoşulmaq üçün dəvət linki ala bilərsiniz. İstənilən suallarla bağlı aşağıdakı telefon nömrəsinə müraciət edə bilərsiniz. Hər birinizi seminarda iştirak etməyə dəvət edirik.  Dəvət linki üçün e-mail: contact@knowledgebridge.de Əlaqə nömrəsi: +994 55 342 81...