“Laparoskopik cərrahiyyədə Anastamoz texnikaları” seminar-treyninqi

Əziz həkimlər, rezidentlər və tələbələr,02-03 Mart 2022 tarixində “Laparoskopik cərrahiyyədə Anastamoz texnikaları” seminar-treyninqi “İBİS” Hoteldə baş tutacaqdır. Seminar-treyninqin proqramı aşağıdakı şəkildə qeyd olunmuşdur.Eyni zamanda GoToWebinar platforması üzərindən canlı yayımlanacaq. Seminar-treyninqi onlayn şəkildə izləmək üçün aşağıdakı linkdən GoToWebinar platformasından qeydiyyatdan keçməyiniz xahiş olunur. INVITE YOUR ATTENDEES Registration URLhttps://attendee.gotowebinar.com/register/4401050798173815311 Webinar...

Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb

M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.“Dekabrın 27-dən 29-dək Özbəkistan Səhiyyə Nazirliyi və Namanqan Dövlət Universitetinin dəvəti ilə Özbəkistanın Namanqan vilayətində keçirilən təkmil laparoskopik cərrahiyyə üzrə ustad dərslərinə rəhbərlik etdim. 200-ə yaxın cərrah və tələbələr üçün leksiyalar oxundu, üç gün ərzində zala translyasiya edilməklə və əksəriyyəti Özbəkistanda ilk dəfə olmaqla mürəkkəb laparoskopik cərrahi əməliyyatlar icra edildi, treninqlər təşkil edildi. Səfər zamanı Namanqan Dövlət Universitetinin tibb fakültəsinin müəllim heyəti və tələbələri üçün leksiya oxundu. Universitetin rektoru və Vilayətin hakiminin iştirakı ilə Namanqan Dövlət Universitetinin ilk fəxri professoru diplomuna layiq görülüb və bunu həkimlərimiz adına və Azərbaycan tibbi adına böyük fəxarət və şərəflə qəbul etdim”. Bunu AZƏRTAC-a açıqlamasında professor Qurbanxan Müslümov deyib.Professorun sözlərinə görə, səfər çərçivəsində gələcəkdə Namanqan vilayətində çalışan həkimlərin ixtisasartırma və treninq məqsədilə Azərbaycana gəlməsi, azərbaycanlı mütəxəssislərin Özbəkistana gedib ustad dərsləri keçmələri barədə müzakirələr aparıldı. Ölkəmizin yaxın xaric ölkələr üçün tibb sahəsində nümunə seçilməsi və öyrənmək üçün özbəkistanlı həmkarlarımızın Azərbaycana gəlməsi hər birimiz üçün fəxr hissi olmaqla yanaşı, həm də ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini daha da...

Prof. Q. Müslümovun AZTV efirində çıxışı

Dünən Prof. Qurbanxan Müslümov AZTV kanalının “Çıxışa Doğru” verlişində iştirak edib. O, pandemiya ilə bağlı verilən sualları cavablayıb. Prof. Qurbanxan Müslümovun çıxışını izləmək üçün aşağıdakı linkə daxil...

AZƏRBAYCANLI PROFESSOR TACİKİSTAN RESPUBLİKASINDA CƏRRAHİYYƏ ÜZRƏ 3 GÜNLÜK USTAD DƏRSLƏRİ VERMİŞDİR

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin rəsmi saytına istinadən verdiyimiz məlumata görə 29 Sentyabr-14 Oktyabr 2021-ci il tarixlərində Tacikistan Səhiyyə Nazirliyinin göndərişi ilə Tacikstanın Baş Cərrahının rəhbərliyi altında bir qrup tacikistanlı cərrah Azərbaycanda ixtisasartırma kursunda olmuşdular. Kurs iştirakçıları öz vətənlərinə geri döndükdən sonra Tacikistan Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ünvanına təşəkkür məktubu ünvanlayaraq kursun təşkilinə görə minnətdarlıq etmiş və bu əməkdaşlığın daha da dərinləşməsi və tacikistanlı həkimlərin Azərbaycanda digər sahələrdə də ixtisaslaşma imkanlarının yaradılmasını xahiş etmişdilər. Bunun ardınca Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin Sədri,  professor Qurbanxan Müslümov 6-10 Noyabr, 2021-ci il tarixlərində Tacikistanda olmuşdur. Səfər zamanı azərbaycanlı professor Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi toplantısında 300-ə yaxın iştirakçı üçün müasir cərrahiyyənin nailiyyətləri barədə bir neçə məruzə ilə çıxış etmiş, Tacikistanda ilk dəfə olaraq toplantı zalına translyasiya edilməklə mürəkkəb əməliyyatlar icra etməklə 2 günlük ustad dərsləri vermiş, laparoskopik cərrahiyyə üzrə treyninqlər təşkil etmişdir. Ustad dərsləri paralel online olaraq bütün regionda translyasiya edilmişdir. Tədbir çərçivəsində yoğun bağırsaq, mədə və qara ciyər patologiyaları olan xəstələr üzərində mürəkkəb laparoskopik əməliyyatlar tacikistanda ilk dəfə olaraq azərbaycanlı professor tərəfindən icra edilmişdir. Bu tacikistanlı mütəxəssislər tərəfindən hələ sovet Tacikistanında tibbin və xüsusən də cərrahiyyənin inkişafında azərbaycanlı cərrahların əvəzedilməsi rol oynaması ənənəsinin davamı kimi qiymətləndirilmişdir. Prof. Q.Müslümov Tacikistan Tibb Universiteti, Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun professor və müəllim heyyəti üçün də cərrahiyyə üzrə tibb təhsili və ixtisaslaşma problemləri barədə məruzə oxumuş və iştirakçıları dünya təcrübəsi ilə tanış etmişdir. Sevindirici haldır ki, azərbaycanlı professor Tacikistan Cərrahlar Cəmiyyətinin həqiqi üzvü seçilmiş...

Azərbaycanlı professor beynəlxalq toplantıda mədəaltı vəzi üzərində laparoskopik əməliyyatlar barədə onlayn məruzə edib

Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri Qurbanxan Müslümov noyabrın 10-13-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Avrasiya Təcili Cərrahiyyə Cəmiyyətinin birinci və Özbəkistan Təcili Yardım Cəmiyyətinin beşinci konqresində iştirak edib.AZƏRTAC xəbər verir ki, həmin nüfuzlu cəmiyyətin təsisçilərindən və konqresin sədrlərindən biri olan azərbaycanlı professor ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Cənubi Koreya, Hindistan, Rusiya, Ukrayna və s. ölkələrdən olan 500-ə yaxın iştirakçı üçün mədəaltı vəzi üzərində aparılan laparoskopik əməliyyatlar barədə onlayn məruzə ilə çıxış edib. Həmçinin Q.Müslümov toplantı zalına translyasiya edilməklə üç gün ustad dərsləri verib. Onlayn olaraq bütün regionda translyasiya edilmiş ustad dərsləri zamanı professor canlı olaraq mədə, düz və yoğun bağırsaqlar üzərində ən mürəkkəb əməliyyatları icra edərək əməliyyat texnikalarını konqres iştirakçılarına tədris edib. Mənbə:...

Mürəkkəb laparoskopik əməliyyatlar Tacikistanda ilk dəfə olaraq azərbaycanlı professor tərəfindən icra edilib

Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri, professor Qurbanxan Müslümov Tacikistanda səfərdədir. AZƏRTAC xəbər verir ki, azərbaycanlı professor Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi toplantısında 300-ə yaxın iştirakçı üçün müasir cərrahiyyənin nailiyyətləri barədə bir neçə məruzə ilə çıxış edib, Tacikistanda ilk dəfə olaraq toplantı zalına translyasiya edilməklə mürəkkəb əməliyyatlar icra etməklə 2 günlük ustad dərsləri verib, laparoskopik cərrahiyyə üzrə treyninqlər keçirib. Ustad dərsləri paralel onlayn olaraq bütün regionda translyasiya edilib. Tədbir çərçivəsində yoğun bağırsaq, mədə və qaraciyər patologiyaları olan xəstələr üzərində mürəkkəb laparoskopik əməliyyatlar Tacikistanda ilk dəfə olaraq azərbaycanlı professor tərəfindən icra edilib. Bu tacikistanlı mütəxəssislər tərəfindən hələ sovet Tacikistanında tibbin və xüsusən də cərrahiyyənin inkişafında azərbaycanlı cərrahların əvəzedilməz rol oynaması ənənəsinin davamı kimi qiymətləndirilib. Professor Q.Müslümov Tacikistan Tibb Universiteti, Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun professor və müəllim heyəti üçün də cərrahiyyə üzrə tibb təhsili və ixtisaslaşma problemləri barədə məruzə oxuyub və iştirakçıları dünya təcrübəsi ilə tanış edib. Sevindirici haldır ki, azərbaycanlı professor Tacikistan Cərrahlar Cəmiyyətinin həqiqi üzvü seçilib və gələcəkdə Tacikistan Tibb Universiteti və Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun fəxri professoru seçilməsi barədə danişiqlar aparılaraq onun razılığı alınıb. Səfər zamanı Tacikistan Respublikasının səhiyyə və sosial müdafiə naziri Cəlaləddin Abdullozado professor Qurbanxan Müslümovla görüşüb və gələcəkdə tacikistanlı cərrahların Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin xüsusi felloşip kurslarından yararlanması, laparoskopik və açıq cərrahiyyə üzrə ixtisaslaşma və treyninq kuslarında iştirak etməsi perspektivləri barədə müzakirələr aparılıb. Tacik həkimlərin Azərbaycanda keçiriləcək kurs və treyninqlərdə iştirakı ilə yanaşı Tacikistan Respublikasında da azərbaycanlı mütəxəssislərin iştirakı ilə endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq və öz bilik və...