by Admin | Feb 23, 2021 | Xəbərlər
Bu gün saat 15:00da Prof. Müslümov tərəfindən Laparoskopik cərrahiyyə üzrə növbəti ustad dərsi keçirəcək. Canlı yayımda Pankreas başının törəməsinə görə Laparoskopik Vipl əməliyyatı translyatsiya ediləcəkdir. Əməliyyat zamanı iri damarların laparoskopik disseksiyası, Hepato-Pankreato-Billier zonanın laparoskopik cərrahi anatomiyası, aşağı boş vena, aorta, portal vena, yuxarı mezenterik venaın disseksiyası, disseksiya zamanı elektro cərrahiyyənin istifadə prinsipləri, qanamanın dayandırılması və profiloktikası və s. mövzularda iştirakçılara ətraflı məlumat veriləcək, həmçinin canlı diskussiya aparılacaqdır. Əməliyyatı izləmək üçün Prof. Müslümovun YouTube kanalına (aşağıdakı linkdə) abunə olaraq izləyə...
by Admin | Feb 19, 2021 | Xəbərlər
Əziz həkimlər, rezidentlər və tələbələr fevral ayının 27-də Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti aylıq seminarı keçiriləcəkdir. Seminar Qastroezofageal reflyüks xəstəliyi, onun ağırlaşmaları və onun müasir müalicə prinsiplərinə həsr olunacaq. Seminarın gedişində qastroentroloqlar, radioloqlar, cərrahlar və endiskopistlər iştirak edərək hərə öz sahəsində bu xəstəlik zamanı olan yeni yanaşmalar haqqında danışacaqlar. Nəzərinizə çatdıraq ki, seminarın gedişində həm də canlı əməliyyat reflyüks xəstəliyi fonunda ağırlaşmış və xərçəngə görə icra olunacaq Laparoskopik Qastrektamiya transilatsiya olunacaq. Eyni zamanda tədbir Webinar formasında əyani qatıla bilməyən insanlar üçün də GoToWebinar platforması üzərindən transilatsiya ediləcəkdir. Odur ki, cəmiyyət üzvlərini eləcə də digər həkim, tələbə və rezidentlərimizi seminarda iştirak etməyə dəvət edirik. ...