AZƏRBAYCAN MİNİMAL İNVAZİV CƏRRAHLAR CƏMİYYƏTİNİN ŞƏKİ KONFRANSI

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC tərəfindən
Şəki Rayon Mərkəzi Xəstəxanası və Şəki Heydər Əliyev Mərkəzində “ Minimal İnvaziv Cərrahiyyə Bu gün adll Şəki konfransında TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şəki və ətraf rayonlardan 150-yə yaxın cərrah, həkim və tibb bacıları iştirak edib.
Tədbirdə çıxış edənlər səhiyyə sahəsindəki hazırkı durumdan danışıb, yeniliklərin tətbiqindən söz açıblar. Onlar belə konfransların keçirilməsinin regiondakı mütəxəssislərin dünyadakı yeni cərrahi tendensiyalarla tanışlığı, yerində təhsil və özünü inkişaf üçün mühüm rol oynadığını vurğulayıblar. Tədbirdə laparoskopik cərrahiyyə, ginekologiya, urologiya və bariatrik cərrahiyyənin son nailiyyətlərinə həsr olunan maraqlı məruzələr dinlənilib, diskussiyalar təşkil olunub.
Konfransdan sonra Minimal invaziv cərrahiyyənin ən son nailiyyətlərindən hesab olunan endoskopik tiroidektomiyanın (izsiz, kəsiksiz zob əməliyyatı) və digər əməliyyatların canlı olaraq konfrans zalına translyasiya edilməsi də maraqla qarşılanıb.
Qeyd edək ki, tədbir “Zoom” platforması üzərindən canlı olaraq Özbəkistanın Namangan Dövlət Universitetinin tibb fakültəsinin müəllim və tələbə heyəti üçün də canlı yayımlanıb.